HAQQIMIZDA

Ətraflı

GRANDEZZA – 2014-cü ildə Bakıda yaradılmış iri Ticarət Mərkəzidir. Şəhərin mərkəzi küçəsi olan –Nizami küçəsində (Torqovaya kimi tanınır) yerləşir.

Şəhər sakinlərinin Torqovaya adlandırdığı tarixi küçədə mağazalar, restoranlar, teatrlar yerləşir. Univermağına yerləşdiyi  tarixi ev memarlıq xüsusiyyətləri nəzərə alınmaqla xaricdən tam şəkildə rekonstruksiya olunub.

Univermaq dörd mərtəbədən ibarətdir.

Birinci mərtəbə aşağıdakı  şöbələrə bölünüb: parfümeriya və kosmetika, ayaqqabı və çantalar, aksessuarlar, çay və şirniyyat. Burada həmçinin kafe yerləşir.

Univermağın ikinci mərtəbəsi uşaq və yeniyetmələr üçün paltar şöbəsindən ibarətdir.

Üçüncü mərtəbə tam şəkildə premium sinifli qadın paltarlarına həsr olunub.

Dördüncü mərtəbə kişi paltarı və aksessuarları, həmçinin ev üçün şöbələrdən ibarətdir.

Damda yaxın vaxtlarda restoran açılacaq.

GRANDEZZA univermağının əsas vəzifəsi Torqovayaya əvvəlki şöhrəti qaytarmaqdır.  Univermağın daxili dizaynına  «Guruldayan iyirmincilər» və ya «Qızıl iyirmincilər» kimi tarixə düşmüş  dövr - XX əsrin 20-ci illərinin Avropa üslubu böyük təsir göstərib.

Loqotipdə Qafqaz dağları (bir çox üçbücaqdan ibarət forma), Xəzərin dalğaları (çoxlu mavi çalarlar) və kainatın sonsuz rəngarəngliyi öz əksini tapıb.

Layihə maraqlı və Bakı üçün novator olan «Houses in House» - «ev içində ev» ideyası ilə təqdim olunub. Bu, açıq məkanda bir şöbədən digər şöbəyə sərbəst keçməyə imkan  verir.

Parfümeriya və kosmetika şöbəsində Miriam Quevedo (qara və ağ kürü əsasında üz və saçlara qulluq üçün lüks vasitə),  Welton (parfüm şamlar, ətirlər), Millefiori (yaşayış otaqları üçün aromatizatorlar), The Laundress (paltara qulluq vasitəsi), Mio  (hamilələr üçün bədənə qulluq vasitəsi və s.) kimi brendlər, o cümlədən Ineke, Linari, Ramon Monegal, Pro FVMVM Roma, Profumi del Forte, Ajmal, Bejar, Menditorossa, Miller Harrisdən nişe parfümeriyası, Nyx, SLA cosmetics, Nouba kosmetikaları və s.  təqdim olunub.

Ayaqqabı, çanta və aksessuar şöbəsində Armani Jeans, Ted Baker, Chie Mihara, Designal, Abro, Cerutti, Capoverso, Renata Angi, M2 Malletier kimi brendlərin malları, Mandarina Duck, Bric's yol aksessuarları, DKNY, Fedonsaatları, o cümlədən Philippe Ferrandis, Rosantica, Leetal Kalmanson, Carlo Zini və digər bijuteriyalarla  ilə tanış olmaq olar.

Uşaq və yeniyetmə paltarlarına həsr olunmuş ikinci mərtəbə Aston Martin, Silvian Heach, Sarabanda, Armani Jeans, French Connection, Access  v digər bu kimi tanınmış brendlərlə təmsil olunub.

Qadın paltarları və alt paltarları şöbəsində aşağıdakı brendlər təqdim olunur: Class Roberto Cavalli, Versus, Ted Baker, Le Petite Robe di Chiara Boni, Isola Marras, Plein Sud, Flavio Castellani, Who is who, Femme By Michele Rossi, Victoria Beckham, Baldinini, Richmond, Avtandil, Brax, Simone Perele, Maison Lejaby, Eveden və s.

Kişi paltarı və aksessuarları şöbəsində Class Roberto Cavalli, Versus, Brax, Henry Cottons, Strellson, Fenzi, Joop, A.G. Spalding & Bros, Alessandro Dell'Acqua, Tombolini, Richard J.Brown, Richmond, Baldinini, PT01, Manuel Ritz və başqa brendlərlə tanış olmaq olar. 4-cü mərtəbədə həmçinin ev üçün mallar şöbəsi təqdim olunur.

Üslub və keyfiyyət Sizi Grandezza-da  gözləyir!