BREND HƏFTƏSİ



ARXIV

14 İYUN - 20 İYUN

  • Brendin (Strellson) Premium və idman kolleksiyaları çox fərqlidir və bu dəfə sizə Grandezza Ticarət Evində təqdim olunur.

    Strellson, yaxşı tanınmış və dünyanın 40-dan artıq ölkəsində müştəriləri olan  İsveçrə brendidir. Brendin premium və idman kolleksiyaları çox fərqlidir və bu dəfə sizə Grandezza Ticarət Evində təqdim olunur. Grandezza Ticarət Evində Strellson həftəsi keçirilir və biz sizi Grandezzaya gələrək bu tədbirdən həzz almağa dəvət edirik. Siz Strellson barədə ətraflı məlumat almaq və həmçinin brendin təqdim olunan dizaynları ilə tanış olmaq imkanı əldə edəcəksiniz. Grandezza Ticarət Evində sizin qaçırmaq istəmədiyiniz Strellson həftəsi sürprizi olacaq.

  • Grandezza Univermağında sizin qaçırmaq istəmədiyiniz WEILL həftəsi keçirilir.

    Grandezza Univermağında WEILL həftəsi keçirilir. Ona görə də, sabahdan etibarın, biz sizi Grandezzaya dəvət edirik.  Siz həqiqi fransız brendi olan WEILL barəsində ətraflı informasiya əldə etmək və  həmçinin, yeni yaz/ yay kolleksiyalarını özünüz geyib baxmaqla təqdim olunan dizaynlarla tanış olmaq imkanı qazanacaqsınız. (Smile «heart»). Grandezza Univermağında sizin qaçırmaq istəmədiyiniz WEILL həftəsi keçirilir.

  • Марка Dondup появилась на свет в 1999 году благодаря профессиональному дизайнеру и бизнесмену Massimo Berloni в одном из старейших городов Италии - Fossombrone (Фоссомброне), где расположена одна из самых известных итальянских компаний «Arcadia»

    Dondup əmtəə nişanı 1999-cu ildə peşəkar dizayner və biznesmen Massimo Berloninin sayəsində  İtaliyanın ən qədim şəhərlərindən biri olan  və ən məşhur İtalyan şirkətlərindən sayılan  «Arcadia»nın yerləşdiyi (Dondup onun istehsalının bir hissəsidir)   Fossombronedə  ərsəyə gəlib.  Nişanın adının kökləri tibet rahibi Mingyar Dondup həyatına aparıb çıxarır.  Onun həyat şüarı belə olub: «Bütün insanlar bərabərdir: onların irqi, dərilərini rəngi və inancları heç bir əhəmiyyət kəsb etmir». Lamanın həyat tarixi və baxışları nişanın yaradıcısı olan  Massimo Berlonini o qədər cəlb etdi ki, o nəinki əmtəə nişanını onun şərəfinə adlandırdı, həm də xeyriyyəçiliklə məşğul olmağa və Lama məbədinə maliyyə yardımı göstərməyə başladı. Dondup cins kolleksiyasından  başlayıb, lakin indi  qadınlar, kişilər və uşaqlar üçün tam geyim dəstlərini təklif edir. Buna nail olmaq üçün şirkət  10 ildən artıq planlı və səbrli iş görüb.  70-dən  artıq adamın gərgin işi sayəsində hər mövsüm iki yeni əsas kolleksiya və daha bir neçə əlavə kolleksiyalar yaradılır. Dondup istehsalının əksər hissəsi üçün xarakterik olan  əl əməyinin həcmi müasir və orijinal üslubla bərabər dünyada «İtaliyada istehsal olunub» yazısından  gözlənilən ehtiyacları ifadə edir.

  • Əfsanəvi dizayner Corcio Armaninin geyimləri həmişə sadə və təmiz xəttlərlə fərqlənib.  Armani ailəsinin ən kiçik, daha rəngarəng kolleksiyası olan  Armani Jeans monoxrom estetikadan kənara çıxaraq, təzə, müasir yanaşmada sərbəst zəriflik təklif edir.

    Əfsanəvi dizayner Corcio Armaninin geyimləri həmişə sadə və təmiz xəttlərlə fərqlənib.  Armani ailəsinin ən kiçik, daha rəngarəng kolleksiyası olan  Armani Jeans monoxrom estetikadan kənara çıxaraq, təzə, müasir yanaşmada sərbəst zəriflik təklif edir.    'Armani Jeans'' heç də həmişə «Giorgio Armani»nin tanınmış kolleksiyalarına xas olan  zərif sadəliyinə cavab vermir, 'Jeans' loqotiplərinə isə  brendin digər xəttlərindən fərqli olaraq görünən yerlərdə daha tez-tez rast gəlinir. Kolleksiyada istifadə olunan rənglər çox rəngarəngdir və bir qayda olaraq, monoxromatik rəng sxemində işlənib hazırlanan digər bahalı kolleksiyalardakı rənglərdən daha parlaqdır və diqqəti biçimə və materiallara yönəldir. Buna baxmayaraq,   'Armani Jeans'' həmçinin, bir qayda olaraq təbii materiallardan istifadə edir: pambıq, kətan, liosell, dəri, yun, amma poliesterə də rast gəlinir.