XƏBƏRLƏR

Grandezza ticarət evində Fəxriyyə Xələfovadan Nuray ətrinin yeni versiyasının təqdimatı keçirilib

8, İYUN 2015

4576

Grandezza ticarət evi bakılıları və paytaxtın qonaqlarını yeni maraqlı layihə və aksiyalarla sevindirməyə davam edir. Bir neçə gün əvvəl ticarət evində Fəxriyyə Xələfovadan məşhur Nuray ətrinin yeni versiyasının təqdimatı keçirilib. Grandezza ticarət evi və Fəxriyyə xanım  təqdimata müştərilərini, Azərbaycan şou-biznesinin məşhur simalarını və dəb aləminin nümayəndələrini dəvət etmişlər.  Yeni məhsulu Fəxriyyə xanım   şəxsən təqdim etdi və parfümün maraqlı yaranma tarixindən danışaraq təkrarolunmaz ətrin sirrlərini açdı. Modelyerin sözlərinə görə yeni parfüm gözoxşayan qablaşması və incə ətrilə seçilir: «Qutunun üzərində simvol kimi ürəyi saxladım. Bu simvol mənə uğur gətirir. Eyni zamanda, Nuray adı da uğur gətirir. Ətir üç versiyada buraxılır –mavi, çəhrayı və yaşıl.  Özüm mavidən istifadə edirəm. Ətrin seçilməsi xüsusi prosesdir, bunun üçün soyuq şərait tələb olunduğundan bu işlə yalnız qışda məşğul oluram. Ətirdən yorulmamaq üçün gün ərzində üç müxtəlif ətirdən istifadə olunmalıdır». Gecənin qəhrəmanı Fəxriyyə Xələfova video çarxda hər şeyin əslində necə baş verdiyindən, təqdimatın necə keçdiyindən və ətrin özündən  danışır. Bu, Grandezza-nın yeganə yeniliyi deyil, ticarət evində bütün mallara 50% endirim var. Qarderobunuzu yeniləməyə tələsin!